“Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır - YENİLƏNİB
11 fevral 2025 16:11 (UTC +04:00)

“Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır - YENİLƏNİB

Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır.

Lent.az APA-ya istinadla xəbər verir ki, “Rus Evi”nin əməkdaşları divardakı tabloları çıxarır, əşyaları daşıyırlar.

Qeyd edək ki, Bakıdakı “Rus Evi” bu gün açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.

Eyni zamanda, bu gün Bakıda “Rus Evi”nin yerləşdiyi binadan mərkəzin adının rus dilində yazılmış hissəsi sökülüb.

Xatırladaq ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır - FOTO

***
14:54

Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.

Lent.az xəbər verir ki, bu barədə Bakıdakı “Rus Evi” sosial şəbəkə səhifəsində açıqlama yayıb.

Qeyd edək ki, bu gün "Rus Evi"nin üzərindəki rus dilində olan yazıların sökülməsi barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3896

Oxşar yazılar

Qurbanlıq alarkən diqqətli olun: Ölümcül  xəstəlik riski

Qurbanlıq alarkən diqqətli olun: Ölümcül xəstəlik riski

3 iyun 2025 , 09:50
Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı  olacaq

Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı olacaq

3 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 iyun 2025 , 08:24
Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na  düşəcək

Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na düşəcək

3 iyun 2025 , 00:02
"Azercell"dən TARİF AÇIQLAMASI

"Azercell"dən TARİF AÇIQLAMASI

2 iyun 2025 , 23:27
Sosial şəbəkələrin  gizli faydası AÇIQLANDI

Sosial şəbəkələrin gizli faydası AÇIQLANDI

2 iyun 2025 , 19:46
İyun ayı 3 BÜRC üçün çox uğurlu  olacaq

İyun ayı 3 BÜRC üçün çox uğurlu olacaq

2 iyun 2025 , 18:40
Güclü leysan, sulu qar yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Güclü leysan, sulu qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

2 iyun 2025 , 17:45