Bir çox insanlar aşağı alkoqol tərkibinə görə "əsl" spirtli içki hesab etmədən pivə içməyə göz yummağa üstünlük verirlər.
Ancaq eyni zamanda, bir çoxları pivənin "təvazökar" həcmdə tez-tez içməyin adət olduğunu unudurlar.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, içki həm qadınlar, həm də kişilər üçün zərərlidir.
Güclü cinsin nümayəndələri üçün içkinin təhlükəsi nədir?
Qarın
Əlbəttə ki, qadınların da problemləri var, amma kişi pivə bilicisini böyük həmişə böyük qarnından tanımaq asandır. Bu təkcə estetik problem deyil.
Orqanizmdə visseral piylər yığılır, daxili orqanların fəaliyyəti pisləşir.
İntim sfera
Heç kimə sirr deyil ki, müntəzəm olaraq böyük miqdarda pivə istehlakı ehtiras səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.
Fitoestroqenlər
Kişilərdə hormonal balanssızlığa səbəb olan bu komponentlərdir. Bir şəxs idmanla məşğul olmağa başlasa belə, əzələ kütləsinin ümumi həcmi azalmağa başlayır.
Bəzən pivəni sevən güclü cinsin nümayəndələri süd vəzilərini inkişaf etdirə bilərlər.