Nazirdən müəllimlərə  həm ŞAD,  həm də BƏD XƏBƏR : sayları azalacaq, maaşları artacaq
10 fevral 2025 12:49 (UTC +04:00)

Nazirdən müəllimlərə həm ŞAD, həm də BƏD XƏBƏR: sayları azalacaq, maaşları artacaq

"Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq".

Lent.az-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.

"Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq", - nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1218

Oxşar yazılar