Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 18:13 (UTC +04:00)

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Lent.az-aMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar