Koronavirus xəstələri xəstəxanalara rüşvətlə yerləşdirilir? - RƏSMİ CAVAB
21 dekabr 2020 18:00 (UTC +04:00)

Koronavirus xəstələri xəstəxanalara rüşvətlə yerləşdirilir? - RƏSMİ CAVAB

“Bu günlərdə koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu”.

Lent.az məlumat verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış özünün “Facebook” sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, bununla bağlı xüsusi nömrə ayrılıb:

“Bir daha qeyd edirəm ki, 051 513 15 42 nömrəsilə əlaqə saxlaya və ya [email protected] email ünvanına yaza bilərsiniz. 

Bəli, belə hallar mümkündür, ortada insan faktoru var. Ölkədə yüzlərlə səhiyyə müəssisəsi və minlərlə tibb işçisi fəaliyyət göstərir. Təxminən 100 nəfərlik əməkdaş heyətilə 100 000 nəfərlik bir heyətin bütün üzvlərinə nəzarət etmək üçün fiziki imkanımız yoxdur. Ona görə də sizdən kömək istədik. (Topladığımız bütün tutarlı faktları araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəririk)”.

# 13203
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar