7,5 metr uzunluğunda xiyar,  nəhəng balqabaq:  bağbanların tərəvəz yarışması
27 sentyabr 2026 16:53 (UTC +04:00)

7,5 metr uzunluğunda xiyar, nəhəng balqabaq: bağbanların tərəvəz yarışması

0

Britaniyada bağbanlar yarışmada inanılmaz ölçüdə tərəvəzlər təqdim ediblər - bəziləri yalnız çəkisi ilə deyil, həm də uzunluğu ilə heyrətamiz olub.

Böyük Britaniyada 65 mindən çox tamaşaçının iştirak edəcəyi gözlənilən nəhəng tərəvəz yarışması başlayıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, təkcə ilk gündə fermerlər yeddi Ginnes rekordu əldə ediblər: onlar yarım tonluq balqabaq, 26 kiloqramlıq çuğundur və yük arabası ilə daşınmalı olan digər nəhəng tərəvəzləri nümayiş etdiriblər.

Sentyabrın 25-də sərgi münsifləri məhsulları ölçməyə başlayıblar və dərhal yeni Ginnes rekordları qeydə alıblar. Bunların arasında 0,8 funtluq qarğıdalı dənəsi, 24,6 fut hündürlüyündə xiyar bitkisi və 26 kiloqramlıq çuğundur var. Müsabiqədə ümumilikdə 33 tərəvəz kateqoriyası təmsil olunur.

Sərginin əsl ulduzu yarışmaya doqquz tərəvəz gətirən 67 yaşlı Qrem Barratt olub. Onun əsas uğuru 465,5 kiloqram ağırlığında və 130 düym diametrində olan balqabaqdır. Bu nəhəng bitkini münsiflər masasına daşımaq üçün avtoyükləyiciyə ehtiyac yaranıb. Fermer həmçinin 7,5 metr uzunluğunda xiyar yetişdirərək dünya rekordunu qırıb.

"Balqabağın çəkisi 465,5 kiloqramdır və əminəm ki, bu, mənim ən yaxşı şəxsi nəticəmdir, amma bu, hamısı deyil. Bir və ya iki olduqca böyük balqabaq var, amma hamısı qabığının qalınlığından asılıdır. Balqabaqlarda qabığın qalınlığı vacibdir - çox nazik qabıqlı nəhəng bir balqabaq ola bilər və o qədər də ağır olmazdı. Onu sərgiyə çıxarmaq üçün çox səy tələb olundu", - Qrem söyləyib.

Овощи-гиганты презентовали садоводы на соревнованиях

O, fövqəltəbii məhsullarının sirri kimi torpağın daim qida maddələri ilə zənginləşdirilməsini və böyüməni stimullaşdırmaq üçün maye dəniz yosunundan istifadəni göstərir.

Ciddi rəqib 20 müraiət təqdim edən 71 yaşlı təqaüdçü Co Aterton olub. O, 13 kiloqramlıq qovun və 18,5 kiloqramlıq soğan dəstəsi ilə qalib gəlməyə ümid edir. Uğurunun açarı kimi düzgün toxum seçimini və becərmə təcrübəsini qeyd edir.

Овощи-гиганты презентовали садоводы на соревнованиях

Ömrünün 40 ilini nəhəng tərəvəz yetişdirməyə həsr edən 82 yaşlı Peter Qleyzberq, 3,564 kiloqram ağırlığında nəhəng badımcan və 11,66 kiloqram ağırlığında çuğundur təqdim edib. O, bu mövsümün çətin keçdiyini etiraf edib.

Овощи-гиганты презентовали садоводы на соревнованиях

Qeyd etmək lazımdır ki, yeni qaliblər də mükafatlar qazanırlar: Meqqi Uolter ən ağır pomidor üçün 1000 funt sterlinq mükafat alıb. Sərgidə balqabaqlar arasında mütləq rekordçu 1258 kiloqram ağırlığında heyrətamiz bir meyvə olub.

Овощи-гиганты презентовали садоводы на соревнованиях

Müsabiqə qaydalarına görə, təqdim edilən bütün məhsullar yalnız Böyük Britaniyada, Şimali İrlandiyada, İrlandiya Respublikasında və ya Kanal adalarında yetişdirilməlidir.

Овощи-гиганты презентовали садоводы на соревнованиях / © SWNS

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 76

Oxşar yazılar