İsraildə Azərbaycan rejissorunun yeni filmləri təqdim OLUNDU
07 aprel 2025 13:47 (UTC +04:00)

İsraildə Azərbaycan rejissorunun yeni filmləri təqdim OLUNDU

İsraildə Azərbaycan rejissoru Rüfət Əsədovun iki yeni ekran əsərinin - “Sevğimizin yolları” və “Mənim dostum Meir” filmlərinin təqdimatı olub.

Lent.az xəbər verir ki, “Sevğimizin yolları” filminin ilk təqdimatı sözügedən ölkənin Afula şəhərində baş tutub. Təqdimat mərasimi Diasporla İş üzrə Dövlət Komitəsinin və  Afula şəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilib.

Qeyd edək ki, Azərbaycan əslli aşkenazi yəhudisi və müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən  bəhs edən ekran əsərində, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur.  Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdır. Həmin filmin növbəti təqdimatı aprel ayının 2-ində Qüdsdə “Yerusəlim şəhər kitabxanası” və “Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının” dəstəyi ilə keçirilib.
Aprel ayının 3-ündə isə İsrailin Kiryat-Byalik şəhər Bələdiyyəsinin və “Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Rüfət Əsədovun “Mənim dostum Meir” filminin təqdimatı olub. Filmdə ölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları Azərbaycana sonsuz məhəbbətləri, Vətənə bağlılıqları tərənnüm olunur. Həmçinin, ekran əsərində dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs edilir.

Azərbaycanın İsmayıllı rayonunun Mücü-Həftoran kəndində yaşayan Meir Manaşirov haqqındadır. Təqadimatın sonunda rejissora “Dağ yəhudiləri mədəni və tarixi irsinin qorunması” Mədəniyyət Mərkəzinin və Kiryat-Byalik şəhər Bələdiyyəsinin rəsmi minnətdarlıq məktubu təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar