İrandan gətirilən 3 tondan çox məhsul zay çıxdı
19 fevral 2025 12:41 (UTC +04:00)

İrandan gətirilən 3 tondan çox məhsul zay çıxdı

İrandan gətirilən külli miqdarda qida məhsulu məhv edilib.

Bu barədə Lent.az Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet  məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3140

Oxşar yazılar