Əməliyyatda canlı yayım açan həkimlər CƏZALANDIRILDI
28 yanvar 2025 12:25 (UTC +04:00)

Əməliyyatda canlı yayım açan həkimlər CƏZALANDIRILDI

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı canlı yayım açması ilə bağlı yoxlama aparıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, “ATM XƏTAİ” MMC-yə məxsus “Azər-Türk Med” klinikasında baş verən faktla əlaqədar plandankənar yoxlama keçirilib.

Bu zaman çəkilişdə iştirak edən tibb personalından, eləcə də müəssisənin rəhbərindən müvafiq izahatlar alınıb. Aidiyyəti üzrə çəkilişdə iştirak edən tibbi personaldan üç nəfərə klinikanın rəhbərliyi tərəfindən töhmət verilib, rəhbərliyin özünə isə ciddi xəbərdarlıq olunub. 

Həmçinin, AEM tərəfindən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli, “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” 137 nömrəli əmr barədə məlumatlandırılıb. Həmin əmrin VI bəndində qeyd edilir ki, Tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətlərdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən  istifadə olunmasına yol verməməlidir. 

Müəssisəyə baxış zamanı bir sıra digər nöqsanlar da aşkarlanaraq, aktlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112

Oxşar yazılar