Bu universitetdə 14 tələbə koronavirusa yoluxdu və...
19 oktyabr 2021 17:51 (UTC +04:00)

Bu universitetdə 14 tələbə koronavirusa yoluxdu və...

"Azərbaycan Dillər Universitetində tədris prosesi Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin mövcud təlimatlarına əsasən təşkil olunub. Tədris zamanı bütün karantin qaydalarına riayət olunur".

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, COVİD-19-a yoluxma halı təəssüf ki, bütün orta və ali təhsil müəssisələri kimi Azərbaycan Dillər Universitetində də var: "Həmin tələbələr karantinə alınıb. Yoluxan tələbələrin qayıbının nəzərə alınmaması məsələsi tamamilə əsassızdır. Virusa yoluxma haqqında sənəd təqdim edən tələbələrin qayıbı nəzərə alınacaq. Bu, təlimata əsasən indi yox, semestrin sonunda həyata keçirilir. Hazırda virusa yoluxan tələbələrin sayı 14-dür. 3 qrup isə müvəqqəti olaraq distant təhsilə keçib".

# 2232
avatar

Oxşar yazılar