Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
16 fevral 2025 10:25 (UTC +04:00)

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

0

Fevralın 16-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Lent.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin fevralın 16-sı saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 15-i günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.

Dağlıq rayonlara qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 18, Qrızda 16, Şahdağda 9, Şahbuzda 7, Daşkəsəndə 3, Qusarda (Ləzə) 2, Xaltan, Yardımlıda 1 sm olub.

Qərb küləyi əsib. Sarı xəbərdarlığa uyğun olarağ küləyin sürəti Sədərək, Daşkəsən, Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Xaltan, Yevlax, Göyçay, Zərdab, Cəfərxan, Lerik, Ağdamda duman müşahidə olunur.

Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3677

Oxşar yazılar

Azərbaycanda saatsazlar üçün məktəb niyə yoxdur?

Azərbaycanda saatsazlar üçün məktəb niyə yoxdur?

3 sentyabr 2025 , 11:51
Naxçıvanda işıq olmayacaq

Naxçıvanda işıq olmayacaq

3 sentyabr 2025 , 11:37
Masallıda 17 min ev qazsız qalacaq

Masallıda 17 min ev qazsız qalacaq

3 sentyabr 2025 , 11:23
Səhiyyə Nazirliyində yeni TƏYİNAT

Səhiyyə Nazirliyində yeni TƏYİNAT

3 sentyabr 2025 , 11:06
Bu şəhərdə qaz olmayacaq

Bu şəhərdə qaz olmayacaq

3 sentyabr 2025 , 10:25
Toy və ya nişan:  sentyabr 5 BÜRCÜN həyatını daha yaxşılığa doğru  dəyişdirəcək

Toy və ya nişan: sentyabr 5 BÜRCÜN həyatını daha yaxşılığa doğru dəyişdirəcək

3 sentyabr 2025 , 09:09
Tiktoker Xosrov həbs edildi

Tiktoker Xosrov həbs edildi

3 sentyabr 2025 , 08:54
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 sentyabr 2025 , 08:50