Bill Qeyts uşaqlarına  sərvətinin necə faizini   verəcəyini AÇIQLADI
13 aprel 2025 12:38 (UTC +04:00)

Bill Qeyts uşaqlarına sərvətinin necə faizini verəcəyini AÇIQLADI

Amerikalı milyarder və xeyriyyəçi Bill Qeyts etiraf edib ki, onun üç övladı - Cennifer, Rori və Fibi onun hazırkı sərvətinin 1 faizdən az hissəsini alacaqlar.

Lent.az-ın xəbərinə görə, “Forbes” bunu 101 milyard dollardan çox qiymətləndirir.

Hindistanlı podkaster Racu Şamani ilə söhbətində “Microsoft”un qurucusu sərvətinin böyük hissəsini övladlarına ötürməkdən niyə imtina etdiyini izah edib:

"Övladlarım çox gözəl uşaqlıq keçirib və təhsil alıblar, lakin onlar mənim sərvətimin 1 faizdən azını alacaqlar, çünki bunun onlara yaxşılıq etməyəcəyinə qərar verdim. Mən sülalələr yaratmaq istəmirəm. Mən onlardan “Microsoft”u idarə etməyi tələb etmirəm".

Qeyts hesab edir ki, onun sərvətinin böyük hissəsi başqalarına - 2000-ci ildə keçmiş həyat yoldaşı Melinda ilə birlikdə təsis etdiyi Qeyts Fondu vasitəsilə xidmət etməlidir. Bu gün o, səhiyyə, təhsil və yoxsulluğun aradan qaldırılmasına həsr olunmuş dünyanın ən böyük özəl xeyriyyə təşkilatıdır.

Uşaqlarının məyus olub-olmadığını soruşduqda, Bill Qeyts belə cavab verib:

"Uşaqların dəstəyinizə və məhəbbətinizə şübhə etməməsi vacibdir. Ona görə də kiçik yaşlarından onlara öz fəlsəfənizi izah etməyə dəyər: onlara bərabər davranmağınız, onlara böyük imkanlar bəxş edəcəksiniz, lakin pulun böyük hissəsi ehtiyacı olanlara yardıma gedəcək", - milyarder deyib.

Qeyts əmindir ki, övladları onun qərarını başa düşəcək və dəstəkləyəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar