Tədqiqatçıların fikrincə, ozon təbəqəsinin deqradasiyası istisna olmaqla, planetdə tarazlıq bütün istiqamətlərdə pisləşir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Stokholm Davamlılıq Mərkəzinin alimləri araşdırma aparıblar və nəticəyə gəliblər ki, bəşəriyyət artıq doqquz “planetar sərhəd”dən altısını keçib.
Qeyd olunur ki, bu sərhədlər insan fəaliyyətinin planetə məqbul təsirinin hədləridir və 2009-cu ildə doqquz planet sərhədi konsepsiyasında təklif edilib. Bu hədlər keçilərsə, insan rifahı üçün ciddi mənfi nəticələr yarana bilər.
Araşdırma nəticəsində məlum olub ki, doqquz sərhəddən altısı artıq keçilib. Bu sərhədlərə iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, biogeokimyəvi dəyişikliklər, torpaqdan istifadədə dəyişikliklər, qlobal şirin su istehlakı və digər amillər daxildir.
Hesabatda ozon təbəqəsinin deqradasiyası istisna olmaqla, planetin tarazlığının bütün sahələrdə pisləşdiyi vurğulanır. Alimlər altı planet sərhədinin keçilməsinin planetdə tarazlığın pozulduğuna diqqət yönəltmək istəyir.
Alimlər vəziyyəti tibblə müqayisə edərək izah edirlər ki, 120/80-dən yuxarı təzyiq infarkt keçirməyə zəmanət vermir, əksinə riski artırır. Buna görə də infarkt riskini azaltmaq üçün qan təzyiqinizi aşağı salmaq tədbirləi görmək tövsiyə olunur.
Həmçinin, planetar hədləri aşmaq fəlakətli nəticələrə zəmanət verməsə də, ciddi problemlər riskini artırır. Ona görə də ekoloji tarazlığın daha da pozulmasının qarşısını almaq və planetimizin davamlılığını təmin etmək üçün tədbirlər görülməlidir.