Bank kartlarından bir gündə 67 min manat   oğurlandı
08 aprel 2025 12:08 (UTC +04:00)

Bank kartlarından bir gündə 67 min manat oğurlandı

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. 

Aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. 

DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184

Oxşar yazılar