Bakıda taksi REYDİ:  61 sürücüyə cərimə yazıldı - VİDEO
12 aprel 2025 15:01 (UTC +04:00)

Bakıda taksi REYDİ: 61 sürücüyə cərimə yazıldı - VİDEO

Bakıda taksilərə qarşı kütləvi reydlər başlayıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, Dövlət Yol Polisi tərəfindən keçirilən reydlər bir neçə gün əvvəl "Bolt" sürücüsünün törətdiyi məlum ağır yol qəzası ilə bağlıdır. 

Belə ki, həmin sürücünün sənədlərinin qaydasında olmaması belə bir reydin keçirilməsini labüd edib. Reyd zamanı taksi sürücülərinin sənədləri və lisenziyasının olub-olmaması yoxlanılır. Sənədləri qaydasında olmayan və lisenziyasız fəaliyyət göstərən taksilər cərimə meydançasına yerləşdirilir.

Daxili İşlər Nazirliyi də Bakıda taksilərə qarşı reyd keçirildiyini təsdiqləyib.

Nazirliyin yaydığı məlumata görə, Bakının Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmadan rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin aşkarlanması məqsədi ilə profilaktik tədbirlər təşkil edilib. 

Son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. Sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub. Qeyd edilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. 

Onu da vurğulayaq ki, istehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobillər taksi fəaliyyətinə cəlb edilə bilməzlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1172

Oxşar yazılar