Bakı-Qazax yolunda hərəkət 2 aylıq çətinləşir
24 sentyabr 2024 15:16 (UTC +04:00)

Bakı-Qazax yolunda hərəkət 2 aylıq çətinləşir

Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində hərəkət məhdudlaşdırılır.

Bu barədə Lent.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, məhdudiyyət hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədardır.

Bu səbəblə sentyabrın 24-dən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Oxşar yazılar