Azyaşlının qeyri-etik hərəkətlərə məruz qalması ilə bağlı iddialara aydınlıq gətirildi-Rəsmi
16 fevral 2025 19:28 (UTC +04:00)

Azyaşlının qeyri-etik hərəkətlərə məruz qalması ilə bağlı iddialara aydınlıq gətirildi-Rəsmi

Sosial şəbəkələrdə Biləsuvar rayonunda azyaşlının qeyri-əxlaqi hərəkətlərə məruz qalması iddialarının araşdırılmadığına dair məlumat yayılıb.

Lent.az-ın xəbərinə görə, bununla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, 2024-cü ilin noyabrında azyaşlıya qarşı əxlaqsız hərəkətlər edilməsi ilə bağlı müraciət üzrə tam və hərtərəfli araşdırma aparılıb.

Təqsirin müəyyən edilməsi üçün müvafiq tibbi ekspertizalar təyin olunmaqla rəy alınıb. Bütün xüsusatlar və tibbi ekspertiza rəyi ilə iddialar təsdiqlənmədiyi üçün cinayət işinin başlanması rədd edilib.

Qeyd edilib ki, iddiaların polis şöbəsində araşdırılmadığına dair məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2164

Oxşar yazılar