Zimbabve hakimiyyəti misli görünməmiş quraqlıq şəraitində qida çatışmazlığı riski səbəbindən 1988-ci ildən bəri ilk dəfə olaraq fillərin öldürülməsinə icazə verib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ovçulara 200 fili öldürmək tapşırılıb.
Afrika qitəsinin cənub hissəsində yerləşən ölkədə "lazım olduğundan daha çox fil" var, Zimbabvenin ətraf mühit naziri parlament dinləmələrində deyib.
Parklar və Vəhşi Təbiət İdarəsinin (ZimParks)ın icraçı direktoru Fulton Mangvanya deyib ki, fil ovunun Zimbabvenin ən böyük təbiət qoruğunun yerləşdiyi Hvanqe də daxil olmaqla, "insanlarla toqquşmaların olduğu" ərazilərdə aparılacaq.
Yemək üçün vəhşi heyvanları da öldürmək qərarına gələn qonşu Namibiyanın təcrübəsinə istinad edərək, səlahiyyətlilər "əti qurutmaq, qablaşdırmaq və zülala ehtiyacı olan icmalara çatdırmaq üçün qadınları səfərbər etməyi" planlaşdırır.
Bir sıra ekspertlər və heyvan hüquqları müdafiəçiləri hesab edirlər ki, hakimiyyətin təbii fəlakətin nəticələri ilə mübarizə tədbirləri ölkənin imicinə mənfi təsir göstərə və etik səbəblərə görə turistləri Zimbabveyə səfər etməkdən çəkindirə bilər.
Zimbabvedə təxminən 100.000 fil yaşayır ki, bu da dünyada Botsvanadan sonra ikinci ən böyük göstəricidir.
Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) qitədə cəmi 415 000 filin qaldığını təxmin edir (20-ci əsrin əvvəllərində 3 ilə 5 milyon arasında idi). Cənubi Afrika, Botsvana, Namibiya və Zimbabvedəki populyasiyalar istisna olmaqla, Asiya və Afrika filləri "həssas" növlər kimi təsnif edilən kritik təhlükə altında hesab olunur.