79 sm qar  yağıb, dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA
08 fevral 2025 09:24 (UTC +04:00)

79 sm qar yağıb, dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA

0

Fevralın 8-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, dağlıq rayonlara qar yağır. Yağan qarın hündürlüyü Lerikdə 79, Yardımlıda 23, Qubada (Qrız) 19, Kəlbəcərdə 17, Şahdağda 14, Şuşada 12, Laçında 7, Xaltanda 6, Xankəndində 4, Qusar, Şahbuzda 1 sm-dir.

Bəzi yerlərdə yağış yağır. Belə ki, düşən yağıntının miqdarı Astara, Lənkəranda 13 mm, Daşkəsən, Şəmkir, Gəncə, Zaqatala, Neftçala, Biləsuvar, Tərtər, Zaqatala, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Ölkənin bəzi ərazilərində güclü şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında arabir 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb.

Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Bərdə, Tərtər, Gəncə, Naftalan, Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4701

Oxşar yazılar

Azərbaycanda saatsazlar üçün məktəb niyə yoxdur?

Azərbaycanda saatsazlar üçün məktəb niyə yoxdur?

3 sentyabr 2025 , 11:51
Naxçıvanda işıq olmayacaq

Naxçıvanda işıq olmayacaq

3 sentyabr 2025 , 11:37
Masallıda 17 min ev qazsız qalacaq

Masallıda 17 min ev qazsız qalacaq

3 sentyabr 2025 , 11:23
Səhiyyə Nazirliyində yeni TƏYİNAT

Səhiyyə Nazirliyində yeni TƏYİNAT

3 sentyabr 2025 , 11:06
Bu şəhərdə qaz olmayacaq

Bu şəhərdə qaz olmayacaq

3 sentyabr 2025 , 10:25
Toy və ya nişan:  sentyabr 5 BÜRCÜN həyatını daha yaxşılığa doğru  dəyişdirəcək

Toy və ya nişan: sentyabr 5 BÜRCÜN həyatını daha yaxşılığa doğru dəyişdirəcək

3 sentyabr 2025 , 09:09
Tiktoker Xosrov həbs edildi

Tiktoker Xosrov həbs edildi

3 sentyabr 2025 , 08:54
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 sentyabr 2025 , 08:50