Zeynal Nağdəliyev: “Saxta hesabatlar hazırlayırlar”
29 iyul 2013 11:18 (UTC +04:00)

Zeynal Nağdəliyev: “Saxta hesabatlar hazırlayırlar”


Azərbaycanda istənilən növ seçkinin demokratik şəkildə keçirioməsi həm ölkə ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə məlumdur.

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyaalarının (DSK) sədrləri üçün Bakıda başlayan ənənəvi bir həftəlik seçki hüququ üzrə ixtisaslaşmış kurslarların açılışında Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev söyləyib.


Zeynal Nağdəliyev deyib ki, seçkiyə hazırlıq üçün yaradılan şəraitdən şikayətlənmək mümkün deyil: “Biz DSK-lərin monitorinqini keçirdik, çatışmazlıqları MSK ilə birlikdə aradan qaldıracağıq. Məntəqə sekçi komissiyalarında problemlər də aradan qaldırılacaq. Səsvermə zamanı daha geniş otaqların ayrılmasına çalışmışıq”.

Prezident Administrasiyanın şöbə müdiri qeyd edib ki, artıq təşviqat materialları divarlara yapışdırılmır, bu sahədə maarifləndirmə nəticə verib: “Artıq lövhələr səliqə-sahmana salınmalı, seçki məntəqələrinin önündə qurulmalıdır ki, bütün seçicilər tanış ola bilsinlər. Lövhələrdən başqa məqsədlə istifadə etmək də qadağandır. Biz seçici siyahılarını dürüstləşdirməyə də çalışmışıq. Bizim seçici siyahılarımız bütün ölkələrə nümunə ola bilər. Biz davamlı olaraq seçki siyahılarını dürüstləşdiririk. Çalışmışıq ki, heç bir seçici kənarda qalmasın, hüququ pozulmasın. Artıq bununla bağlı şikayət daxil olmur. Ancaq bəzi hallarda beynəlxalq təşkilatlar Azərbaycan qanunlarını öyrənmədən, yerli reallıqları bilmədən saxta hesabatlar hazırlayırlar. İstəyirlər ki, başqa ölkələrdə olduğu kimi, bu iş özbaşına buraxılsın. Yerli seçki orqanlarına birbaşa tapşırıq verilib ki, seçici siyahıları dürüstləşdirilsin. Mətbuat vasitəsi ilə də müraciət edilir ki, seçici adının siyahıda olmasını yoxlasın”.

Zeynal Nağdəliyev nəzərə çatdırıb ki, keçən seçkilərdə məntəqələrin 10 faizində seçkini internet vasitəsi ilə izləmək mümkün olub: “Bu il isə biz bu göstəricini 20 faizə qaldırmışıq. Azərbaycanda seçkilər şəffaf keçirilməlidir, bizim hazırlığımız da buna imkan verir. Seçicinin adı siyahıda olmasa, sonuncu günə kimi öz adını siyahıya əlavə etdirə bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində belə imkan yoxdur. Elə etməliyik ki, hamı yüksək peşəkarlığın şahidi olsun. Hamı görsün ki, Azərbycanda seçkilər necə demokratik, şəffaf, ədalətli keçirilir”.

Zeynal Nağdəliyev qarşıdan gələn prezident seçkilərinin daha şəffaf keçirilməsini arzuladığını bildirib: “DSK sədrləri hansı çatışmazlıqların aradan qaldırılmasını zəruri saysa, onların aradan qaldırılmasını təmin edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Oxşar yazılar