Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfərinin nəticələri müzakirə edilib, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.