Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeyd edilib ki, prezident seçkilərində iştirak Zahid Orucun konstitusion hüququdur və partiya onun bu hüququna hörmətlə yanaşır.
Məlumatda deyilir ki, Ana Vətən Partiyasının rəhbər orqanlarında təmsil olunan Zahid Oruc partiyanın VI Qurultayının prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi və irəli sürülməsi haqqındakı qərarından məlumatlı olub.
“O, partiyanın mərkəzi qurumlarını məlumatlandırmadan prezidentliyə namizədliyini irəli sürmüş və beləliklə, partiyanın VI Qurultayının iradəsinə qarşı çıxmış və partiya nizamnaməsinin bir neçə müddəalarını pozub. Ana Vətən Partiyasının MNTK Zahid Orucun partiya sıralarından azad olunması haqqında qərar qəbul edib.
Partiya Z.Oruca bundan sonrakı fəaliyyətində uğurlar arzulayır və yaranmış problemi bitmiş hesab edir”. – deyə məlumatda bildirilir.