Milli Məclisin bu gün keçirilən iclasında keçmiş nazir Füzuli Ələkbərov sərt tənqid olunub. Lent.az-ın verdiyi məlumata görə, deputat Zahid Oruc bildirib ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan Ordusu ilə bağlı tənqidi məqamlara baxmayaraq bu ölkənin öz ordusunda da ciddi nöqsanlar, hətta vətəndaşın şəxsi həyatına müdaxilə ilə bağlı məsələlər də var.
Z. Oruc eyni zamanda Azərbaycanda sağlam mühitin yaradılmasına stimul verən əməllərin davam etdirilməsini zəruri sayıb: “Məsələn, Səlim Müslümovun fəaliyyəti sübut etdi ki, Füzuli Ələkbərov əslində cəfəngiyatla məşğul olub. Yaxud Zakir Həsənovun fəaliyyəti göstərdi ki, kabinet naziri olmaq olmaz. Məncə bundan örnək götürmək lazımdır”.