Bu gün Prezident İlham Əliyev Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşü keçirilib. Lent.az-ın verdiyi xəbərə görə, görüşdə baş direktor Yukiya Amano Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu bildirib. Qeyd edib ki, indiki dövrdə nüvə təhlükəsizliyinin qorunması xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev nüvə təhlükəsizliyinin təkcə Azərbaycan üçün deyil, region və dünya üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib və qeyd edib ki, Ermənistandakı Atom Elektrik Stansiyasının fəaliyyəti bu baxımdan narahatlıq doğurur.
Dövlətimizin başçısı həmin Atom Elektrik Stansiyasının region üçün böyük təhlükə doğurduğunu bir daha diqqətə çatdırıb.
BMT-nin Vyana ofisində görüşlərini başa çatdıran Prezident İlham Əliyevi baş direktor Yuri Fedotov yola salıb.
Yukiya Amano: “Azərbaycan nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır”
389