Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə naziri Serik Axmetovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.
Səmimi və mehribançılıq şəraitində keçən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev də görüşdə iştirak edib. Səfər çərçivəsində nümayəndə heyəti MSN-in bir neçə müəssisəsində olub, istehsal prosesini yaxından izləyib.