Avqustun 6-da müdafiə sənayesi naziri Yavər Camalov Rusiya Federasiyasının Taktiki Raket Silahları Korperasiyasının baş direktoru Boris Obnasovun başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verib. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Boris Obnasov səmimi qəbula görə minnətdarlıq edib.