Yeni Azərbaycan Partiyasının (YAP) rəsmiləri dünən gecə dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasiminə qatılacaq.
Lent.az-ın Azvision.az-a istinadən xəbərinə görə, bunu YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.
“Zaur Həsənovun ölümündən kədərləndik. Bütün insanlar kimi dəfn mərasiminə biz də qatılacağıq”-deyə, S.Novruzov əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dünən axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O, saat 22.10 radələrində dünyasını dəyişib.