Dekabrın 28-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
APA-nın partiyanın saytına istinadən verdiyi məlumata görə, YAP-ın sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib. İclasda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfransın keçirilməsinə hazırlıq barədə müzakirə aparılıb, müvafiq qərar qəbul edilib.
İclasda partiyanın nəzdində fəaliyyət göstərən komissiyalara dair Əsasnamə müzakirə edilərək, qəbul olunub.
İdarə Heyətinin iclasında komissiyaların təqdim etdiyi iş planlarına baxılıb və bununla əlaqədar fikir mübadiləsi aparılıb.