Yeni Azərbaycan Partiyasının Mətbuat və ictimai əlaqələr komissiyasının ilk iclası keçirilib. Bu barədə Lent.az-a partiyadan məlumat verilib. YAP İdarə Heyətinin üzvü, komissiyanın sədri Nizami Xudiyev bildirib ki, Mətbuat və ictimai əlaqələr komissiyası Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı ilə yaradılıb.
Müzakirələrin sonunda YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunub.
YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini seçilib. Qeyd edək ki, komissiyanın digər üzvləri YAP Siyasi Şurasının üzvləri - "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, Milli Məclisin deputatı Mirkazım Kazımov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Bakı şəhər İcra Hakimiyyətində memar işləyən Sədrəddin Əkbərovdur. Komissiyanın ekspert qrupunun üzvləri isə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.