Xocalı Belçikada anıldı
03 mart 2014 14:06 (UTC +04:00)

Xocalı Belçikada anıldı

0

Belçikanın “Brüssel Azad Universiteti”ndə "Qafqazda və bölgədə erməni problemi” adlı elmi-praktiki konfrans keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə keçirilən konfransda millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımı ilə bağlı çıxış edib: “Xocalı soyqırımı nəinki türk millətinin, insanlığın ortaq ağrısı olmalıdır. Çünki Xocalıda yaşananlar modern dünyanın insanlıq utancı idi. Ermənistan bütün beynəlxalq hüquq prinsiplərini pozaraq Azərbaycan torpaqlarını işğal edib. İşğal nəticəsində 1 milyon insan hələ də öz evinə dönə bilmir”. Bu insanların bitməyən acılarının olduğunu deyən millət vəkili “İnsanların evlərindən didərgin düşməsi ilə yanaşı, 100 mindən çox insanın sağlamlığını itirib. Hələ bu siyahıya psixi stress keçirənlər daxil deyil”.


Səfir Fuad İsgəndərov çıxışında qeyd edib ki, mövzu çərçivəsində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ağrılı hadisələrindən biri olan Xocalı qətliamı müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kimi qiymətləndirib.

 

Tədbirdə Belçikalı araşdırmaçı, Qafqaz üzrə mütəxəssis Michel Ivor,  Dr.Vəfa Qurban  (Dokuz Eylül Üniversitesi) də geniş çıxış edərək Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ermənilərin işğalçılıq siyasətinin tarixi kökləri və bölgədə yaşatdığı acılar, qondarma erməni soyqırımı iddiaları və ona qarşı mübarizə yolları və.s mövzularda çıxışlar ediblər.

 

Qeyd edək ki, konfransın təşkilatçısı Belçikada fəaliyyət göstərən diaspor təşkilatımız - “Belçika-Azərbaycan Dostluq Cəmiyyəti” və Dünya Azərbaycanlılar Konqresidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 716

Oxşar yazılar