Vyetnamlı deputatlar Baş Prokurorluqda olub
28 iyun 2013 20:11 (UTC +04:00)

Vyetnamlı deputatlar Baş Prokurorluqda olub

Baş prokuroru Zakir Qaralov Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Z. Qaralov ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib. Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan  korrupsiya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulduğu, bu sahədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən görülən işlər, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb.

 

Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lun göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirərək, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını söyləyib.

 

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340
avatar

Oxşar yazılar