Vahid Əhmədov: “Şəbəkələşmiş gizli gücün hakimiyyət sıralarına sızması...”
18 aprel 2014 13:22 (UTC +04:00)

Vahid Əhmədov: “Şəbəkələşmiş gizli gücün hakimiyyət sıralarına sızması...”

Azərbaycan Milli Məclisinin bu gün keçirilən deputat Vahid Əhmədov diqqətçəkən bir çıxış edib. Lent.az-ın məlumatına görə, Ukraynada baş verən hadisələrlə bağlı çıxış edən deputat deyib ki, Ukrayna ətrafında baş verən proseslərdən ruhlanan bəzi qüvvələr Azərbaycanda tələskənliyə yol veriblər.

 

O qeyd edib ki, onlar bununla iç üzlərini ortaya qoydular: “Təəssüf ki, bu cür qüvvələr hakimiyyət strukturlarına da sıza bilir. Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması Azərbaycan dövlətçiliyi üçün təhlükəlidir. Bu, gələcəkdə dövlət içində dövlətin yaranmasına gətirib çıxarar və Azərbaycanın müstəqil şəkildə və heç bir qüvvədən asılı olmayan siyasət yürütməsinə məhdudiyyətlər yarada bilər. Əgər onların qarşısı indi alınmasa, bu təhlükə reallaşacaq. Hamı bilməlidir ki, Azərbaycanda bütün fəaliyyət millətin və dövlətin təhlükəsizliyi və rifahı üçündür. Müstəqilliyimiz hər şeydən əziz və dövlətin toxunulmazlığı qırmızı xətdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317
avatar

Oxşar yazılar