Bu gün Ümid Partiyasının IV qurultayı keçirilir. Lent.az-ın məlumatına görə, qurultayın gündəliyində bir sıra məsələlər, o cümlədən partiya sədrinin qurultaylararası dövrlə bağlı hesabatı, MNTK-nın hesabatı, partiya sədrinin seçilməsi, Ali Məclis üzvlərinin seçilməsi, MNTK üzvlərinin seçilməsi, bu il keçiriləcək prezident seçkilərində Ümid Partiyasının iştirakı və prezidentliyə namizədinin irəli sürülməsi məsələləri var.
Qurultaya hazırlıq işləri üzrə təşkilat komitəsinin sədri Ənvər Ağazadə qeyd edib ki, Qurultaya 437 nəfər dəvət olunub: “Hazırda onlardan 395 nəfər qurultayda iştirak edir. Bu sayla qurultay səlahiyyətli hesab olunur. Qurultaya seçilən ən yaşlı şəxsin 73, ən gəncinin isə 18 yaşı var. Orta yaş həddi isə 47-dir”.