Azərbaycanda daimi və müvəqqəti yaşayan Ukrayna vətəndaşları mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərində iştirak edə biləcəklər.
Onlar Ukraynanın Bakıdakı səfirliyində yaradılacaq seçki məntəqəsində səs verə biləcəklər.
Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.
Seçki məntəqəsi Bakı şəhəri, Yusif Vəzirov,49 ünvanında yerləşəcək.
Seçkilərdə iştirak etmək niyyətində olan Ukrayna vətəndaşları səsvermədən bir neçə gün öncə Ukrayna səfirliyinə ərizə ilə müraciət edə biləcəklər.