Ukraynalı politoloqlar ölkədə baş verənlərdən danışdılar
21 fevral 2014 15:40 (UTC +04:00)

Ukraynalı politoloqlar ölkədə baş verənlərdən danışdılar

“Qərbin sanksiyaları Ukraynadakı qarşıdurmanı dayandırmayacaq”


 

“Qərbin sanksiyaları Ukraynadakı qarşıdurmanı dayandırmayacaq. Çünki hazırda söhbət artıq siyasətdən deyil, tərəflərin fiziki cəhətdən yaşamasından gedir”.

 

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında ukraynalı politoloq Vadim Karasev deyib. Onun sözlərinə görə, beynəlxalq tərəfdaşların Ukrayna hakimiyyətinə sanksiya tətbiq etməsinin artıq heç bir mənası yoxdur: “Çünki Ukraynada heç kəs bu sanksiyalardan qorxmur. Qarşıdurma artıq hadisə iştirakçılarını o qədər dərindən beyninə oturub ki, burda sanksiyalar heç bir rol oynamayacaq. Qarşıdurma iştirakçıları üçün bir məntiq var: Ya biz onları məhv edəcəyik, ya da onlar bizi”.

 

Politoloqun fikrincə, tərəflər siyasi atəşkəsə qayıtmalıdır: “Qərb sanksiyalarla hakimiyyəti qorxutmamalı, əskinə Ukrayna böhranının həlli üçün effektiv vasitəçi olmalıdır. O cümlədən bütün tərəflərə siyasi şəxsi zəmanət verməlidir ki, tərəflərdən heç kəs şəxsən uduzduğunu hesab etməsin. Ona görə ki, onların fəaliyyəti hazırda sanksiya qorxusu altında deyil. İnsanların artıq heç bir qorxusu qalmayıb. Ona görə də, sonuna qədər getmək istəyirlər”.

 

V. Karasev böhrandan çıxış yollarını da açıqlayıb: “Ukraynanı qanda boğmaq çıxış yolu deyil. İlk növbədə Ali Radanın deputatları 2004-cü ilin Konstitusiyasını geri qaytarmalıdırlar. Prezident isə bir, ya da iki günə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi üçün sərəncam verməlidir. Dərhal ümummilli cavabdehlik daşıyan hökumət formalaşdırılmalıdır. Baş nazir və prezident birlikdə bütün siyasi qüvvələrdən ibarət komanda yığılmalıdırlar. Bu hökumət müvəqqəti olacaq və onun əsas vəzifəsi iqtisadiyyatı ayaqda saxlamaq, Ali Radaya və prezident vəzifəsinə seçkilərin keçirilməsi üçün demokratik və şəffaf seçki mühiti formalaşmasını təmin etməkdir”.

 

“Ukraynada baş verənlərdən çıxış yolu tapmaq artıq gecdir. Çıxış yolunu əvvəldən tapmaq lazım idi. Bu gün nəsə etmək artıq çox gecdir”. Bunu isə APA-nın Moskva müxbirinə açıqlamasında Siyasi Təhqiqatlar və Konfliktologiya Mərkəzinin direktoru, tanınmış ukraynalı politoloq Mixail Poqrebinski bildirib.

 

O bildirib ki, Ukrayna hərbi rəhbərliyində fikir ayrılığının yaranması barədə söhbətlər gəzir: “Ölkədə sabitliyin bərpa etməyin artıq başqa yolu qalmayıb. Ancaq hərbi gücü yeritməklə sabitliyi bərpa etmək olar. Bu gün Ukrayna rəhbərliyinin bu barədə əmr verməyə nə qədər hazır olduğunu demək çətindir. Çox maraqlı vəziyyət yaranıb. Almaniya, Fransa və Polşa xarici işlər nazirləri Yanukoviçlə atəşkəsin elan olunması haqqında danışıqlar aparırlar. Hansılar ki, Maydanda həmin etirazçılara dəstək nümayiş etdirirdilər. Ona görə də, hesab edirəm ki, Avropa ölkələrinin xarici işlər nazirləri ilə aparılan danışıqların mövzusu Yanukoviçə zəmanət verilməsi ilə bağlıdır. Ya ölkədə fövqəladə vəziyyət elan edilməli və ordu aktiv fəaliyyətə keçməlidir, ya da Yanukoviç təslim olmalıdır”.

 

Ukraynada baş verən hadisələrin müxalifət liderləri tərəfindən idarə olunması ilə bağlı sualı cavablandıran politoloq bildirib ki, bunlar bir-biri ilə əlaqəlidir: “Bir tərəfdən müxalifət liderləri həmin silahlı kütləni yaxşı idarə etmirlər, digər tərəfdən göstərmək istəyirlər ki, onları biz idarə etmirik və deyirlər ki, hakimiyyət onlara atəş açmasın. Çünki bu, müxalifət liderlərinə sərf edir. Onlar fikirləşirlər ki, bu yolla hakimiyyəti ələ keçirə bilərlər”.

 

Almaniya, Fransa və Polşa xarici işlər nazirlərinin Kiyevə səfərini şərh edən Mixail Poqrebinski bildirib ki, onlarının səfərlərinin məqsədi Yanukoviçi ölkədə fövqəladə vəziyyət elan etməməyə və vəziyyəti ordunun əli ilə sabitləşdirməməyə inandırmaqdır: “Bununla yanaşı onlar Yanukoviçlə zəmanət məsələsini də müzakirə edə bilərlər. Yanukoviç onlara qulaq asacağı tədirdə bu zəmanət ona verilə bilər. Hesab edirəm ki, ordusuz vəziyyətdən çıxış sadəcə mümkün deyil. Ordunun bu aksiyada iştirakı psixoloji faktor kimi mühüm rol oynaya bilər. Ordu ilk növbədə strateji obyektlərin radikalların əlinə keçməməsi üçün onları qorumalıdır. Silahdan istifadə o zaman mümkün ola bilər ki, həmin silahlı radikallar orduya atəş açsın. Əks təqdirdə silahdan istifadə yolverilməzdir. Lakin bizim prezidentin bu barədə qərar verməsi şübhəli görünür. Əgər indi o, avropalılardan hansısa zəmanəti alsa, təxminən iki gün ərzində vəziyyət dəyişəcək. Ən azı biz, keçid dövrü olana qədər yaxın bir neçə gün ərzində iğtişaşların baş verəcəyini gözləyə bilərik”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556
avatar

Oxşar yazılar