Avqustun 15-də Qəbələdəki Mədəniyyət sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində konsert təşkil edilib.
APA-nın verdiyi xəbərə görə, konsertdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül və Qırğızıstan prezidenti Almazbek Atambayev iştirak ediblər.
Konsertdən əvvəl Azərbaycan, Türkiyə və Qırğızıstan prezidenti prezidentlərinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasının 20-ci ildönümü münasibətilə xatirə hədiyyələri təqdim olunub.
Sonra Azərbaycan, Türkiyə və Qırğızıstan dövlət başçıları qısa söhbət ediblər.
Konsertdə Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin ifasında türkdilli xalqların musiqiləri səslənib.