Təhsil nazirinin sabiq müavininə YAP-da vəzifə verildi
13 fevral 2014 18:17 (UTC +04:00)

Təhsil nazirinin sabiq müavininə YAP-da vəzifə verildi

Yeni Azərbaycan Partiyasının Humanitar məsələlər komissiyasının iclası keçirilib. Bu barədə Lent.az-a partiyadan məlumat verilib.  İclasda ilk olaraq təşkilati məsələyə baxılıb və YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Humanitar məsələlər komissiyasının sədr müavini seçilib.


Daha sonra komissiyanın 2014-cü il üçün iş planı müzakirə olunub. Komissiyanın sədri Yusif Hümbətov bildirib ki, iş planında Xocalı və 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş elmi konfransların keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, komissiya bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar konfrans, YAP fəalları ilə birgə hərbi hissələrdə vətənpərvərlik və qəhrəmanlıq tarixinə və digər əlamətdar hadisələrə dair tədbirlər keçirəcək.
Müzakirələr zamanı komissiyanın üzvləri 2014-cü ilin iş planı ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda komissiyanın iş planı qəbul olunub.
 

Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətovun sədrlik etdiyi Humanitar məsələlər komissiyasına YAP Siyasi Şurasının üzvləri - Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatlarından Yaqub Mahmudov və Rafiq Məmmədhəsənov, eləcə də professor Həsən Mirzəyev və İradə Hüseynova daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989

Oxşar yazılar