Taner Yıldız: “İranla bağlı qərarların Türkiyəyə aidiyyəti yoxdur”
07 yanvar 2014 15:03 (UTC +04:00)

Taner Yıldız: “İranla bağlı qərarların Türkiyəyə aidiyyəti yoxdur”

“Türkiyə İrandan təbii qaz idxalına davam edəcək”.


 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

 

Onun sözlərinə görə, rəsmi Ankara 2013-cü ildə Tehrandan aldığı “mavi yanacağ”a görə İrana 4,5 milyard dollar ödəyib: “TÜPRAŞ da neft idxalı üçün İranın hesabına 3,1 milyard dollar köçürüb”.

 

T. Yıldız deyib ki, ABŞ-ın çıxardığı qərarların Türkiyəyə aidiyyəti yoxdur: “Ona görə də rəsmi Ankara yalnız BMT-nin qərarlarını tətbiq edir. Türkiyə BMT-nin qərarlarına bağıdır. Türkiyə hüquqi dövlətdir. İran bizim qonşu və qardaş ölkəmizdir. Biz “mavi yanacaq” ticarətinə davam edəcəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568
avatar

Oxşar yazılar