Azərbaycanın İndoneziya və Sinqapurdakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin oğlu Ruslan Qarayev “SOCAR”da yeni vəzifəyə gətirilib.
AzNews.az-ın məlumatına görə, R.Qarayev “SOCAR”ın İndoneziyadakı təmsilçiliyinin rəhbəri vəzifəsinə təyin edilib. Məlumatda bildirilir ki, R.Qarayev bundan sonra fəaliyyətini İndoneziyada, atasının yanında həyata keçirəcək.
Qeyd edək ki, R.Qarayev yeni vəzifəyə təyin olunana qədər Milli Məclisdə işləyib. O, hakimiyyətdə təmsil olunan gənc kadrlar arasında ən bacarıqlılardan biri hesab olunur.