Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 22 il ötür - <span style="color:red;">YENİLƏNİB
11 fevral 2014 11:13 (UTC +04:00)

Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 22 il ötür - YENİLƏNİB

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 22 il keçir.


 

APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib.

 

Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.

 

İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.

 

Qalan əhali qarlı, şaxtalı havada bir neçə kilometr dağ yolunu və erməni postlarını çətinliklə keçərək Ağdam rayonuna gələ bilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919
avatar

Oxşar yazılar