Siyavuş Novruzov: “Fazil Mustafa üzr istəməlidir”
14 fevral 2014 13:06 (UTC +04:00)

Siyavuş Novruzov: “Fazil Mustafa üzr istəməlidir”

Azərbaycan parlamentində hakim partiya tərəfindən bəzi deputatlar Əkrəm Əylislinin yolunu tutmaqda, Azərbaycana, dövlətin inkişafına qarşı xəyanətdə ittiham olunub.


 

APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, biz müddət əvvəl xalqa, dövlətə xəyanətdə Əkrəm Əylisli qınanıb, tənqid edilib.

 

O, bəzi deputat həmkarlarını da Əkrəm Əylislinin yolunu tutmaqda ittiham edib: “Bu yaxınlarda həmkarımız Fazil Mustafanın “Adamyeyənlər” hekayəsi çıxdı. Hekayədə Afrikadakı adamyeyənlərlə Azərbaycandakı vəziyyət müqayisə olunur. Azərbaycandakı vəziyyət, Azərbaycan xalq təhqir olunur. Bununla Fazil Mustafa Əkrəm Əylislidən heç də geridə qalmır, bir çox deputatlar Ə. Əylisli ilə eyni mövqedədirlər. Çünki onunla oturub durular. İnsan necə kor ola bilər ki, Azərbaycandakı bu inkişafı görməsin?! Yazanda bu inkişafdan, görülən işlərdən də yazmaq lazımdır. Fazil Mustafa, axı səni narazı salan nədir?! Ölkədə bu qədər işlər görülür. Bunları necə görməmək olar? Həmin yazıda idmançıları hədəf götürürsən, qeyd edirsən ki, milli komandalarımızın əksəriyyəti legionerlərdən ibarətdir. Bu gün təriflədiyin Fransanın komandasını götürək. Əgər orada 2 nəfər ağ adamdan savayı ağdərili tapsan, mənə nə deyirsən, de. Hamısı başqa yerlərdən gələnlərdir. Və yaxud yolboyu divarların çəkilməsindən narazılığını bildirirsən. Bu təkcə bizdə deyil, dünyanın hər yerində belədir. Bu insanların təhlükəsizliyinin təmin edilməsi üçün edilir. Burada nə var ki? Məktəbləri hədəfə götürürsən. İldən-ilə gözəlləşən, sayı artan məktəblərlə bağlı narazılığını bildirirsən. Fikrini də əsaslandırmaq üçün hansısa məktəbdə su şırnağının olmamasını bildirirsən”.

 

S. Novruzov F. Mustafaya təklif də verib: “Fazil Mustafanın bir yolu var, o, bu mövqeyinə görə Azərbaycan xalqından üzr istəməlidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263
avatar

Oxşar yazılar