Siyavuş Novruzov: “Axırda deyəcəklər ki, Milli Şuranı iqtidar yaradıb ”
07 yanvar 2014 18:36 (UTC +04:00)

Siyavuş Novruzov: “Axırda deyəcəklər ki, Milli Şuranı iqtidar yaradıb ”

“Ayrı-ayrı dairələrdən ayrılan pulları AXCP, Cəmil Həsənli və Milli Şuranın ayrı-ayrı üzvləri mənimsədi, Müsavatı isə aldatdılar”


 

“Milli Şuranın taleyi bundan da betər olacaq, oradakıları daha betər günlər gözləyir. Onlar namizədləri olmuş Cəmil Həsənlini bir xoruza yük elədilər”.

 

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

O qeyd edib ki, AXCP və Müsavat arasında heç vaxt müttəfiqlik olmayıb, indiyə qədər süni şəkildə birlik nümayiş etdiriblər: “Ona görə də Milli Şurada da birləşmə görüntüsü yaratmalarından 3 ay keçməsinə baxmayaraq bir-birlərini ittiham etməyə başlayıblar. Onlar o vaxt da hakimiyyətə belə gəlib, sonra da parçalanma yaradıb, xalqı ağır vəziyyətə saldılar. Axırda Heydər Əliyev gəlib xalqı xilas etdi”.

 

S. Novruzov AXCP və Müsavatın bir-birini hakimiyyətlə ittifaqda ittiham etmələrindən də danışıb: “Bunlar axırda deyəcəklər ki, Milli Şuranı elə iqtidar özü yaradıb. Bunlar bu ittihamlarla özlərində heç bir günah görməyərək axırda bu ittihamın üstündə dayanacaqlar. Öz gözlərində tiri görməyib, başqa gözdə tük axtarırlar, halbuki hər birinin gözündə olduqca böyük tirlər var. Onlar ayrı-ayrı dövlətlərə, nəyə desəniz işləyirlər, təki öz maraqları həyata keçsin”.

 

YAP rəsmisi onu da bildirib ki, Milli Şurada Müsavata pul çatmadığı üçün oradan ayrılıb: “Müsavat oradan başqa məsələlərə görə yox, pul bölgüsünə görə ayrıldı. Ayrı-ayrı dairələrdən ayrılan pulları AXCP, Cəmil Həsənli və Milli Şuranın ayrı-ayrı üzvləri mənimsədi, Müsavatı isə aldatdılar”.

 

S. Novruzov onu da deyib ki, Milli Şurada təmsil olunanlar parlament seçkilərinə qədər bu vəziyyətdə olacaqlar: “Parlament seçkiləri zamanı isə guya yenidən birləşəcəklər, yenidən vahid qurum yaratmaq haqqında məsələlər ortaya atacaqlar”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar