Silahlı qüvvələrlə bağlı qanun payızda müzakirə olunacaq
09 avqust 2013 17:55 (UTC +04:00)

Silahlı qüvvələrlə bağlı qanun payızda müzakirə olunacaq

Azərbaycan Milli Məclisi silahlı qüvvələrlə bağlı 1 ildir müzakirəsi təxirə salınan qanun layihəsini payız sessiyasında müzakirəyə çıxaracaq.


 

 Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsidir.

 

Layihənin Milli Məclisin payız sessiyasında Təhlükəsizlik və müdafiə komitəsinin iş planına daxil edilməsi nəzərdə tutulur. Layihədə əlavə hərbi birləşmələrin yaradılmasına zəmin yaradacaq müddəalarla bağlı dəyişikliklər planlaşdırılır.

 

Xatırladaq ki, layihə Milli Məclisin ötən payız və yaz sessiyasının gündəliyinə salınsa da, müzakirəsi baş tutmayıb. Səbəb olaraq aidiyyəti qurumlar arasında yalnız Müdafiə Nazirliyinin rəy verməməsi göstərilirdi. Artıq qurumla müvafiq razılığın əldə olunduğu və payız sessiyasında layihənin müzakirəyə çıxarılmasının gözlənildiyi bildirilir.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923
avatar

Oxşar yazılar