Səudiyyə Ərəbistanı ölkəmizə yeni səfir təyin etdi
13 iyun 2013 17:13 (UTC +04:00)

Səudiyyə Ərəbistanı ölkəmizə yeni səfir təyin etdi

Elmar Məmmədyarov Müsaid bin İbrahim əs-Süleymi qəbul edib

 

 

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Müsaid bin İbrahim əs-Süleymi qəbul edib.

 

 

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının səfirini bu münasibətilə təbrik edib və ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib. Onun sözlərinə görə, ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir və əməkdaşlığın iqtisadiyyat, turizm, ticarət kimi sahələrdə də inkişaf etdirilməsi vacibdir. Elmar Məmmədyarov müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və qarşılıqlı səfərlər mübadiləsinin əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu söyləyib.

 

Müsaid bin İbrahim əs-Süleym ölkəmizə səfir təyin olunmasından məmnunluğunu dilə gətirib. O, ölkəsinin dost və qardaş Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Müsaid bin İbrahim əs-Süleym diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar