Özünü yandıran Qarabağ döyüşçüsü Zaur Həsənov dekabrın 29-da Bakının Bibiheybət qəsəbəsinin qəbiristanlığında dəfn edilib.
Modern.az saytının xəbərinə görə, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev də yas mərasiminə gedib və mərhumun ailəsinə başsağlığı verib.
Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov da yas mərasimində iştirak edib.
Qeyd edək ki, II qrup Qarabağ əlili Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, 1995-ci ildən bəri Bakıda işlətdiyi kafenin Həmkarlar İttifaqları Konfederasiyasının iddiası ilə çıxarılmış məhkəmə qərarı əsasında sökülməsinə etiraz edib.
Zaur Həsənov dekabrın 28-də Bakıdakı 5 saylı xəstəxanada dünyasını dəyişib.