“Ukraynadakı hadisələr Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllini tələb edir”
“Ukraynada baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin artıq birdəfəlik həllini tələb edir”. Lent.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.
Səfir bildirib ki, Krım hadisəsi Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinin əhəmiyyətini artırır: “Bu münaqişə Qafqaz bölgəsində qeyri sabitlik mənbəyidir. Bu, bir ocaqdır. Dağlıq Qarabağ münaqişəsinin həlli artıq bütün region üçün faydalıdır”.