Səfir: “Con Kerri Azərbaycana səfəri etməyi çox istəyir”
23 aprel 2014 10:16 (UTC +04:00)

Səfir: “Con Kerri Azərbaycana səfəri etməyi çox istəyir”

“ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycana səfəri etməyi çox istəyir”. Lent.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib. O qeyd edib ki, hələlik səfərin vaxtı dəqiqləşməyib.

 

Səfir onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun həmsədri olaraq ABŞ çox fəaldır. “Hesab edirik ki,  hər iki ölkənin prezidenti münaqişənin həll edilməsi üçün konkret addımlar atmaqla bağlı müntəzəm şəkildə görüşməlidirlər. Bu, çox vacibdir.  Görüşlər həm rəsmi, həm də qeyri-rəsmi formada keçirilə bilər”.

 

Diplomat ABŞ-ın Avropaya qaz ixracı məsələsinə də toxunub: “Obama Administrasiyası ABŞ maye qazının Avropaya lazım olan qədər ixrac edilməsi məsələsini dəstəkləyib. Bu, Azərbaycanın Avropaya qaz ixracına mənfi təsir göstərməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar