Seçici siyahılarına aid plakatlar yayılacaq
25 iyul 2013 00:47 (UTC +04:00)

Seçici siyahılarına aid plakatlar yayılacaq

Yaxın günlərdə Mərkəzi Seçki Komissiyası seçici siyahılarına aid plakatlar yayacaq. 

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə bu açıqlamanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Gəncəyə səfəri zamanı bildirib. Onun sözlərinə görə plakatlar əsasən seçici siyahılarına aid olacaq və hər hansı obyektiv və subyektiv səbəbdən seçici siyahısına düşməyən seçicilər varsa onlara aidiyyəti üzrə məntəqələrə dairələrə və ya Mərkəzi Seçki Komissiyasına müraciət etmələri üçün istiqamət verəcək Məzahir Pənahov bildirib ki, seçici siyahıları seçkilərin ən əsas sənədi olduğuna görə bu ilin yanvarından siyahıların dəqiqləşdirilməsinə başlanılıb.

 

“MSK komissiyaların və icra strukturların üzvlərinin iştirakı ilə seçici siyahılarını dəqiqləşdirir. Vətəndaşların konstitusion seçib seçilmək hüququ seçici siyahılar vasitəsilə həyata keçirilir. Seçicilər həmin ərazidə siyahıya o şərtlə salınır ki, həmin şəxs ərazidə son ildə 6 ay yaşasın”, deyə MSK sədri əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351
avatar

Oxşar yazılar