Saakaşvilini söyüb qovdular
12 avqust 2013 11:33 (UTC +04:00)

Saakaşvilini söyüb qovdular

Gürcüstan prezidenti Mixail Saakaşvili Zuqdidi şəhərindəki "Diaroni" restoranında nahar etmək istəyərkən yerli sakinlər onu fitə basıb, qışqırıb, ünvanına təhqiramiz ifadələr işlədiblər. Lent.az-ın “Minval.az”a istinadən verdiyi məlumata görə, prezident və onu müşayiət edənlər restoranı tərk etməyə məcbur olublar. Prezidentin ziyafətini pozanlar "Gürcüstanı müdafiə et" təşkilatının 20-yə yaxın üzvü olub. Onlar təxminən 15 dəqiqə ərzində Saakaşviliyə qarşı söyüşlü, fitli aksiya keçiriblər.
Fəalların lideri Kaxa Mikaya deyib ki, onlar prezidenti təqib etməkdə davam edəcək və qanun çərçivəsində öz etirazlarını bildirəcəklər: "Saakaşvilinin 9 il ərzində öz xalqına qarşı etdikləri onun ictimai yerlərdə görünməsinə icazə vermir. O harda olsa, biz onu təqib edəcəyik".
 

Qeyd edək ki, bu, son bir ildə Saakaşviliyə qarşı törədilən ilk bənzər aksiya deyil. Zaman-zaman onun özünü və tərəfdarlarını ictimai yerlərdə təhqir edir, hətta döymək istəyirlər. Bu ilin fevral ayında Zuqdidi rayonunun Narezani kəndində onun maşınına yumurta da atmışdılar.

Bundan başqa, Gürcüstanın baş naziri Bidzina İvanişvili istisna etmir ki, Saakaşvili prezident vəzifəsini tərk etdikdən sonra həbs olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1772
avatar

Oxşar yazılar