Saakaşvilidən şok xəbərdarlıq: Milli Şuranı Rusiya maliyyələşdirir
02 avqust 2013 00:31 (UTC +04:00)

Saakaşvilidən şok xəbərdarlıq: Milli Şuranı Rusiya maliyyələşdirir

“Gürcüstanda toplantı keçirən Azərbaycan müxalifətinin nümayəndələri buraya Rusiya tərəfindən atılmış qüvvələrdir”. Bu sensasion açıqlama ilə Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib. Lent.az-ın “Qruziya Onlayn” agentliyinə istinadən məlumatına görə, Gürcüstan parlament azlığı və qubernatorlarla keçirdiyi görüşdə Milli Şuranın Tiflis toplantısına münasibət bildirən prezident hökuməti bu cür məsələlərdə ehtiyatlı olmağa çağırıb.

 

“Sizə məlumdur ki, dünən və srağagün Gürcüstanda Rusiyadan gəlmiş, Azərbaycan prezidenti İlham Əliyevə müxalif olan qüvvələrin geniş toplantısı keçirilib. Siyasi fəaliyyətlə məşğul olmaq hər kəsin haqqıdır. Biz demokratik və azad ölkəyik, lakin çox gözəl bilirik ki, bu insanları bilavasitə Rusiya rəhbərliyi idarə edir və maliyyələşdirir. Bu insanlar bura konkret məqsədlə atılıblar – Azərbaycandakı siyasi sabitlik davam etməsin. Azərbaycandakı sabitlik Gürcüstanda sabitliyin ilkin şərtidir. Gürcüstan kiçik və həssas vəziyyətdə olan ölkədir. Biz Ermənistan və Azərbaycanla qonşuyuq. Düşünürəm ki, bizim ərazimiz qonşularımıza qarşı hər hansı siyasi manipulyasiya məqsədilə istifadə olunmamalıdır. Bu məsələdə ehtiyatlı olmalıyıq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4058
avatar

Oxşar yazılar